Rusiyanın Əməkdar artisti Tamara Panasyuk vəfat edib.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, 82 yaşlı sənətçinin ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, aktrisa 1940-cı ildə Ukraynada anadan olub. 1980-ci ildə "Uşaq baxçası" və "Gümüş sap" filmi ilə məşhurlaşıb. O, 100-dən çox layihədə rol alıb.