Yeni Zelandiyanın ən məşhur aktyorlarından biri Rassel Krou mayın 6-da Kral III Çarlzın tacqoyma mərasimində iştirak edən məşhurlar arasında olmayacaq.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda verilişlərin birində qonaq olan sənətçi bunun səbəbini açıqlayıb. O, sonuncu dəfə Kral ailəsinin üzvləri ilə görüşdə protokola əməl etmədiyi üçün mərasimə dəvət olunmadığını ehtimal etdiyini bildirib:
"Həmişə insanlara hörmətlə yanaşıram və onlarla görüşməkdən həzz alıram. Amma “Əlahəzrət” müraciəti mənim təbiətimdə deyil. Sonuncu görüşdə şahzadə Harri və şahzadə Uilyama "dostlar" dedim".
Qeyd edək ki, tacqoyma mərasiminə həsr olunmuş bayram tədbirləri üç gün davam edəcək. Vacib qonaqlar üçün Vestminster Abbatlığı ərazisində konsert keçiriləcək. Gecədə Andrea Boçelli, Lionel Riçi, Keti Peri və "Take that" qrupu çıxış edəcəklər.