Barda o qədər içdi ki, yerə yıxıldı

Barda o qədər içdi ki, yerə yıxıldı
1720 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Aras Bulut İynemlinin başına iş gəlib.

Axşam.az xəbər verir ki, Çeşmədə əyləncə məkanlarının birində gecə gec saatlara qədər əylənən aktyor qəbul etdiyi spirtli içkinin təsirindən yerə yıxılıb. Arasın 5 dostunun yardımı ilə bardan çıxarıldığı bildirilib.

Məkanda əylənənlər arasında aktyor Kadir Doğulunun olması da diqqət çəkib.

Qeyd edək ki, Aras ötən ilin sonunda aktrisa Bige Önaldan ayrılıb. Keçmiş cütlük 6 ildən çox münasibətdə olub.