Hollivud ulduzu Conni Deppin keçmiş həyat yoldaşı, amerikalı aktrisa Ember Hörd Hollivudu tərk edib.
Axşam.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Bildirilib ki, aktrisa Madridə köçüb. Aktrisanın rəfiqəsinin nəşrə verdiyi müsahibədə Emberin yaxşı layihə təklif olunacağı təqdirdə qayıda biləcəyi yazılıb.
Məlum olub ki, aktrisa ötən ilin iyulunda Kaliforniyadakı evini 1,1 milyon dollara satıb. O, bir neçə gün əvvəl qızı Una ilə İspaniyada parklardan birində görüntülənib.
Qeyd edək ki, keçən ilin iyunun 2-də münsiflər heyətinin qərarı ilə Ember Conniyə qarşı böhtan atmaqda təqsirli bilinib və ondan keçmiş həyat yoldaşına 15 milyon dollar təzminat ödəməsi tələb olunub.