Priyanka estetiklərinə görə 3 filmdən qovulduğunu etiraf etdi

Priyanka estetiklərinə görə 3 filmdən qovulduğunu etiraf etdi
1507 dəfə oxunub
  • A-
  • A
  • A+

2000-ci ildə Dünya gözəllik yarışmasının qalibi olan hind aktrisası Priyanka Çopra ona "Plastik Çopra" ləqəbi almasına səbəb olan uğursuz üz əməliyyatından danışıb. 

Axşam.az xəbər verir ki, bu barədə aktrisa "The Howard Stern Show"ya müsahibəsində deyib. O, əməliyyatdan sonra dərin depressiyaya düşdüyünü bildirib.

“Üzüm o qədər dəyişdi ki, güzgüdə özümü tanımadım. Dərin depressiyaya düşdüm”.

Priyankanın sözlərinə görə, o  əməliyyatdan sonra üç filmdən qovulub və bundan sonra karyerasını bitirəcəyindən narahat olub.

Qeyd edək ki, Priyanka uzun illərdir Hollivudda fəaliyyət göstərir. O, 2018-ci ildə özündən 10 yaş kiçik amerikalı məşhur müğənni Nik Conasla ailə qurub. Cütlüyün Malti Mari adlı qızı var.