Baş rollarını Eylül Tumbarla Enes Koçaklının paylaşdığı "Kendi düşen ağlamaz" serialında rol alacaq aktyorlardan daha birinin kimliyi bəlli olub.
Axşam.az xəbər verir ki, ekran işində aktyor Yiğit Kalkavan rol alacaq. Ona layihədə "Rıdvan Gemlik" obrazını canlandırmaq təklif edilsə də, adın dəyişdirilə biləcəyi də istisna edilməyib.
Qeyd edək ki, Yiğit sonuncu dəfə "Yarqı" serialında "Rıdvan" obrazına həyat verib.
