Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev bir qrup incəsənət xadiminin mükafatlandırılması ilə bağlı Sərəncam imzalayıb.
Axşam.az-ın məlumatına görə, siyahıda Xalq artistləri Mehriban Zəki, Samir Cəfərov, Naibə Allahverdiyeva, Azər Zeynalov, Əməkdar artistlər Təyyar Bayramov Çingiz Əhmədov, Anar Heybətov, Mehriban Xanlarova, Elşən Cəbrayılov, Mehriban Ələkbərzadə, Sənubər İskəndərova, Nicat Kazımov, Nahidə Orucova, aktrisalar Asya Atakişiyeva, Zemfira Əbdülsəmədova, Rada Nəsibova, Gülzar Qurbanova, aktyor Ziya Ağayev və digərlərinin adları yer alıb.
Qeyd edək ki, Prezidentin digər bir Sərəncamı ilə bir qrup mədəniyyət xadiminə fərdi təqaüd veriləcək.