Məşhur fransız aktyor evində ölü tapıldı

Məşhur fransız aktyor evində ölü tapıldı
663 dəfə oxunub
  • A-
  • A
  • A+

Fransalı məşhur aktyor-yazıçı Mişel Kordes intihar edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 77 yaşlı sənətçi Qrabeldəki mənzilində ölü tapılıb. Onun odlu silahla özünü öldürdüyü bildirilir.

Hazırda polis intiharın səbəblərini araşdırır.

Qeyd edək ki, Mişel Kordes "Amazon", "Ay balığı", "Damda Hussar", "Ozonun qumu altında", "Kövrəklik", "Həyat gözəldir" kimi film və seriallarda rol alıb.