Stresdən xilas edən çay

Stresdən xilas edən çay
2317 dəfə oxunub
  • A-
  • A
  • A+

Stres insan orqanizmində yaranan narahatlıq və ya gərginlikdir. Bu hal davamlı olarsa, depresiyaya çevrilə bilər.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, streslə mübarizə aparmağın ən asan yollarından biri bitki tərkibli çaydan istifadə etməkdir.

Lazım olanlar:

50 qr. çobanyastığı çiçəyi

50 qr. melisa

30 qr biyan kökü

20 qr yaşıl çay

Bu bitkiləri qarışdırıb quru şüşə qabda saxlayın. 300 ml qaynar suya 1.5 ç.q əlavə edərək 8 dəqiqə ağzı qapalı olaraq dəmləyin. Hər gecə yatmazdan 2-3 saat əvvəl qəbul edin.