Hadisə Rza ilə bağlı suala əsəbiləşdi - Video

Hadisə Rza ilə bağlı suala əsəbiləşdi - Video
1665 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Hadisənin Cənubi azərbaycanlı iş adamı Reza Zarrabın ifaçı Ebru Gündeşlə evli olduğu müddətdə onunla eşq yaşadığı iddia edilib.

Axşam.az xəbər verir ki, ötən günlərdə obyektivlərə tuş gələn ifaçıya müxbirlər məsələ ilə bağlı suallar ünvanlayıb.

Hadisə "Ebru Gündəşlə (red. türkiyəli müğənni) küsülüsünüz" sualına "Mənim heç kimlə problemim yoxdur" deyə cavab verib.

Hadisə "Bəs, Ebrunun keçmiş həyat yoldaşı ilə bağlı çıxan xəbərlərə son nöqtəni qoymaq istəyərsiniz" sualına isə əsəbiləşərək müsahibəni yarıda kəsib:

"Buralara qədər girib maraqlanırsınız? Öpürəm hamısınızı".

Qeyd edək ki, bir neçə il əvvəl Hadisənin adı R.Zarrabla hallanıb. Hətta Hadisənin keçmiş sevgilisi aktyor Kaan Yıldırım ifaçıdan məhz buna görə ayrıldığını bildirib. Həmin ərəfələrdə iş adamı ilə müğənni Ebru Gündeş yeni boşanmışdı və o, bu münasibət haqqında Kaana xəbər vermişdi. Hətta bu xəbərdən sonra Hadisə Ebru ilə birlikdə münsif kürsüsündə oturduğu "O səs Türkiyə"dən ayrılıb. 

Ötən ilin aprelində ailə qurduğu iş adamı Mehmet Dinçerlerdən 4 ay sonra boşanan Hadisənin yenidən Reza ilə münasibətdə olduğu iddia edilib

İkili arasında keçən yazışmalarla yanaşı, birgə istirahətə yollandıqlarını sübut edən təyyarə biletlərinin görüntüləri yayılmışdı.