"Yalı Çapkını"nın aktrisası ilə tərəf müqabili oldu

"Yalı Çapkını"nın aktrisası ilə tərəf müqabili oldu
1624 dəfə oxunub
  • A-
  • A
  • A+

Yayda "TRT 1" kanalında ekrana gələcək "Neşeli günler" serialında rol alacaq bəzi aktyorların kimliyi bəlli olub.

Axşam.az xəbər verir ki, ekran işində aktyor Metin Coşkun çəkiləcək. O, layihədə "Mehmet" obrazına həyat verəcək. Metinin serialdakı tərəf müqabili isə aktrisa Uğur Demirpehlivan olacaq. O, "Saliha" obrazını canlandıracaq.

Qeyd edək ki, serialın baş rollarını Şebnem Bozoklu ilə Tolqa Tekin ifa edəcək. M.Coşkun sonuncu dəfə "Darmaduman", U.Demirpehlivan isə "Yalı Çapkını" serialında rol alıb.