Türkiyəli aktrisa Ezgi Mola ailə qurur.
Axşam.az xəbər verir ki, aktrisa operator, eyni zamanda ortağı olan sevgilisi Mustafa Aksakallı ilə bu gün nikah masasına əyləşməyə hazırlaşır. Ailələri və yaxın dostları olmaqla cütlüyün özəl günündə 14 nəfər iştirak edəcək.
Qeyd edək ki, cütlük 4 ildir sevgilidir. Ezgi sonuncu dəfə "Masumlar apartmanı" serialındakı obrazı ilə diqqətləri üzərinə çəkib.
