Rusiyalı aktyor Sergey Dreyden vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə Sankt-Peterburq adına Böyük Dram Teatrının mətbuat xidməti məlumat yayıb.
81 yaşından dünyasını dəyişən sənətçinin ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, S.Dreyden 1960-cı ildən karyerasına başlayıb. O, "Məhəbbət haqda", "Fəvvarə", "Tank Klim Voroşilov-2", "Parisə pəncərə", "Rus gəmisi", "İvan Qroznı", "Taras Bulba", "Kuprin" kimi məşhur filmlərdə rol alıb.