Məşhur opera ifaçısı vəfat etdi

Məşhur opera ifaçısı vəfat etdi
583 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı opera müğənnisi Qreys Bambri 86 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, ifaçı ötən gün Vyanada xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Bambri 1961-ci ildə Almaniyada "Bayreuth Festivalı"nda debüt edən ilk qaradərili müğənni olub. O, Riçard Vaqner medalına (1963), İfaçılıq sənətinə töhfəyə görə Kennedi Mərkəzi Mükafatına (2009), YUNESKO Mükafatına layiq görülüb.