Türkiyəli müğənni Demet Akalın növbəti dəfə sosial mediadakı paylaşımları ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, ifaçı bir neçə gün əvvəl ailə quran fenomen Şeyma Subaşına söz atıb. O, Şeymanın gəlinliyi ilə bağlı paylaşımında ona ötən gün nikah masasına əyləşən aktrisa Ezgi Molanı nümunə göstərib.
Akalın "Ezgi Molanı gör. Əsalətindən yanına yaxınlaşmaq olmur" deyə, bildirib.
Qeyd edək ki, Şeyma misirli sevgilisi, iş adamı Mohammed Alsaloussi, Ezgi isə 4 ildir münasibətdə olduğu Mustafa Aksakallı ilə ailə qurub.
