"The Weeknd" təxəllüslü kanadalı müğənni Abel Makkonen Tesfayen səhnə adını dəyişmək qərarı alıb.
Axşam.az xəbər verir ki, bu barədə ifaçı "W Magazine"ə müsahibəsində danışıb. O, bununla belə sənətinə davam edəcəyini bildirib:
"The Weeknd"in fəslini bağlamağın vaxtı çatıb. Hələ də musiqi ilə məşğul olacağam, bəlkə Abel kimi, bəlkə də "The Weeknd" kimi. Amma yenə də "The Weeknd"i öldürmək istəyirəm və nəhayət bunu edəcəyəm. Yenidən doğulmağa çalışıram".
"The Weeknd" hazırda yeni albomu üzərində işlədiyini vurğulayıb:
"Hazırda üzərində işlədiyim albom "The Weeknd" kimi son işim ola bilər. Bunu etməliyəm. "The Weeknd" olaraq deyə biləcəyim hər şeyi söylədim".
Qeyd edək ki, müğənni bu yaxınlarda ard-arda 2 dəfə (red. ümumilkdə üç dəfə) adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.