Afra ilk dəfə Mərtlə eşq iddialarına münasibət bildirdi - Video

Afra ilk dəfə Mərtlə eşq iddialarına münasibət bildirdi - Video
4049 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, bir neçə aydır "Yalı Çapkını" serialının baş rol aktyorları Afra Saraçoğlu ilə Mərt Ramazan Dəmirin eşq yaşadıqları ilə bağlı iddialar yayılıb.

Axşam.az xəbər verir ki, ötən gün jurnal çəkilişləri üçün Antalyadan qayıdan aktrisa obyektivlərə tuş gəlib. O, uzun müddətdir həmkarı ilə aralarında gəzən şayiələrlə bağlı sualları qısa şəkildə cavablayıb:

"Mərt çox sevdiyim, çəkilişlərdən kənarda da görüşməkdən məmnun olduğum dostumdur. İzmirə tətilə də dostlarımızla birgə getmişdik".

Qeyd edək ki, onlar haqqında eşq iddiaları çıxandan sonra aktyor Mert Yazıcıoğlu Afra ilə 4 illik münasibətlərini sonlandırmışdı. Aktyor bundan sonra aktrisa Dilan Çiçek Deniz ilə münasibətə başlayıb.