Aktrisa Şebnem Özinal 3 il əvvəl boşandığı həyat yoldaşı, iş adamı Şefik Öztekini məhkəməyə verib.
Axşam.az xəbər verir ki, o, keçmiş həyat yoldaşının onu təhdid və təhqir etdiyini bildirib. Məlum olub ki, Şefik 3 ildir aktrisaya ayda min lirə olan təzminatı ödəmir. Şebnem də məhkəməyə müraciət edərək 19 min 621 lirəlik təzminat istəyib.
Buna əsəbiləşən Öztek onu təhdid və təhqir edib. Aktrisanın vəkili Şebnemin qorunmasını tələb edib.