"Avroviziya 2023" başladı - Video

"Avroviziya 2023" başladı - Video
1103 dəfə oxunub
  • A-
  • A
  • A+

"Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin finalı başlayıb. 

Axşam.az-ın məlumatına görə, Ukrayna adından Liverpulda keçirilən yarışmada 26 ölkə birincilik uğrunda mübarizə aparır. Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İtaliya və ötən ilin qalibi olan Ukrayna finala birbaşa vəsiqə qazanan ölkələrdir.

Finala vəsiqə qazanan digər ölkələr isə Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç, Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Litva, Polşa, Avstraliya, Ermənistan, Sloveniyadır.

Qeyd edək ki, yarışmada Azərbaycanı Tural və Turan Bağmanov qardaşları təmsil edirdi. Onlar "Tell me more" mahnısı ilə birinci yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxıb. Əkizlərə finala vəsiqə qazana bilməyib.