Rusiyalı müğənni Zemfira məhkəməyə müraciət edərək ölkənin Ədliyyə Nazirliyinə qarşı iddia qaldırıb.
Axşam.az xəbər verir ki, bu barədə "TASS" informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, ifaçı nazirlik tərəfindən ona verilən "xarici agent" statusunun ləğv edilməsini tələb edib. O, qərarın qanunsuz hesab olunmasını istəyib.
Qeyd edək ki, Zemfira açıq şəkildə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəni pisləməsi səbəbindən "xarici agent" elan edilib. O, müharibənin ilk günlərindən Ukraynanı dəstəkləyib və ölkəni tərk edib.