CeyLo ilə Ben yenidən mübahisə edərkən görüntülənib

CeyLo ilə Ben yenidən mübahisə edərkən görüntülənib
1419 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur cütlük Ben Afflek və Cennifer Lopez cütlüyü yenidən mübahisə edərkən obyektivlərə tuş gəlib.

Axşam.az xəbər verir ki, onlar arasında münasibətin heç də yaxşı getmədiyi barədə şayiələr fevraldan sonra yayılmağa başlayıb.

Bu dəfə də Ben avtomibilin içində CeyLo ilə əsəbi danışarkən görüntülənib. "Daily Mail" pərəstişkarlardan gələn videonu yayımlayıb. Video Beverli Hillsdə aktyorun avtomobilini işıqforda görən avropalı turistlər tərəfindən çəkilib.

Videoda Ben və Cenniferin nəyinsə üstündə necə cizgili şəkildə mübahisə etməsi, aktyorun daha çox söyüş söyməsi, həyat yoldaşının isə son dərəcə narazı baxışla onun iddialarına qulaq asması açıq-aydın görünüb.