2 dəqiqəyə 4,5 milyon qazandı

2 dəqiqəyə 4,5 milyon qazandı
1405 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı məşhur Eqor Qrid məktəblərdə keçirilən "Разговоры о важном" təşəbbüsü üçün iki dəqiqəlik videoçarx hazırlayıb.

Axşam.az xəbər verir ki, ifaçı bunun üçün 4,5 milyon rubl alıb. "Mash" teleqram kanalının məlumatına görə, Eqor yanvarın 23-də rusiyalı məktəblilərə nümayiş etdirdiyi video onlayn fırıldaqçılığa həsr olunub. Musiqiçi internetdə yayılan yalan məlumatı həqiqətdən necə ayırmağı izah edib. 

Məktəb müəllimləri onun işbirliyindən pul almayacağını düşünsələr də, ifaçı onları məyus edib. O, qonorarsız iş görməyəcəyini bildirib.

Qeyd edək ki, Eqor bundan əvvəl vergi borcu olduğu üçün dövlətə 1 milyon rubl ödəyib.