Müğənni Enrike İqlesias pərəstişkarlarını əsəbiləşdirib.
Axşam.az xəbər verir ki, ifaçı Meksikadakı konsertinin başlamasına bir neçə saat qalmış çıxışını ləğv edib. Enrike səhhətinin pis olduğunu və buna görə belə addım atdığını açıqlayıb:
"Bu axşam Meksikadakı verilişim ləğv edilməli idi. Mənə sətəlcəm diaqnozu qoyuldu, həkimlər istirahət etməyimi dedilər. Mənə uçuş qadağan olunub. Mənim üçün çox əhəmiyyət kəsb edən bir ölkədə verilişlərimi ləğv etdiyim üçün çox üzgünəm".