Maksim Qalkin nazirliyi məhkəməyə verib

Maksim Qalkin nazirliyi məhkəməyə verib
414 dəfə oxunub
  • A-
  • A
  • A+

Şoumen Maksim Qalkin Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə qarşı ondan xarici agent statusunun çıxarılması tələbi ilə məhkəməyə müraciət edib.

Axşam.az xəbər verir ki, sənətçi ona qarşı haqsızlıq edildiyini bildirib. Bu barədə TASS-a iddianın təqdim olunduğu Moskvanın Zamoskvoretski Məhkəməsindən bildirilib. İddiaya baxılma vaxtı hələ təyin edilməyib.

2022-ci ilin sentyabrında Rusiya Federasiyasının Ədliyyə Nazirliyi M. Qalkini fiziki şəxslər-xarici agentlər siyahısına daxil edib. Buna görə də Qalkin uzun müddətdir Rusiyadan köçüb.

Qeyd edək ki, M.Qalkin və ailəsi Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk ediblər.