Reytinqlərdə ilk sırada yer alan "Yalı çapkını" serialı ilə bağlı yeni qərar qəbul edilib.
Axşam.az xəbər verir ki, ötən həftə Türkiyədə keçirilən prezident seçkiləri ilə əlaqədar yayımlanmayan bölüm bu gün izləyicilərə təqdim olunacaq.
Bundan başqa, hər həftə olduğu kimi cümə günü də serialın yeni bir bölümü yayımlanacaq. Bununla da həftə ərzində ard-arda 2 bölüm izləyicilərin ixtiyarına verilmiş olacaq.
Qeyd edək ki, serialın baş rollarını Mert Ramazan Dəmirlə Afra Saraçoğlu canlandırır.