“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinat

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinat
790 dəfə oxunub
  • A-
  • A
  • A+

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə İntiqam Babayev Aparat rəhbəri təyin olunub.

Axşam.az xəbər verir ki, bu barədə Qoruq İdarəsi məlumat yayılıb.

Qeyd edək ki, İntiqam Babayev 1998-1999-cu illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyası partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri, 2000-2021-ci illərdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, 2022-ci ilin mart ayından 2022-ci ilin dekabr ayınadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri, 2022-ci ilin dekabr ayının 20-dən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini vəzifələrində çalışıb, 2023-cü ilin aprel ayından 2023-cü ilin may ayınadək Qoruq İdarəsinin Aparat rəhbərinin vəzifələrini müvəqqəti icra edib.

İ.Babayev 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə”ordenləri ilə təltif edilib. Ailəlidir, iki övladı var.