Mayın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş olunacaq.
Axşam.az xəbər verir ki, Heydər Əliyev Sarayında təqdim ediləcək səhnə əsərində əsas rolları Əməkdar artistlər Anar Mikayılov, Nigar İbrahimova, aparıcı solistlər Ayan Eyvazova və Seymur Qədiyev ifa edəcəklər.
Dirijoru Orxan Həşimov olan tamaşanın balet truppasının bədii rəhbəri Kamilla Hüseynovadır.