“Bir dəfə Bağdadda” nümayiş olunacaq

“Bir dəfə Bağdadda” nümayiş olunacaq
588 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Bir dəfə Bağdadda” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq.

Axşam.az xəbər verir ki, görkəmli bəstəkar Emin Sabitoğlunun eyniadlı operettası əsasında teatrın rus bölməsində ərsəyə gələn tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

Əsərin süjet xəttindəki hadisələr Bağdadda, xəlifə Harun ər-Rəşidin dönəmində baş versə də, indiki zamanla səsləşir.

Səhnə əsərində Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, aktyorlar Firus Məmmədov, Rauf Babayev, Yuliya Heydərova, Hidayət Əliyev, Mehriban Zaliyeva, Elxan İsmayılov, Nadejda Povelitsina, Telnaz Hüseynova, Murad Əliyev, Əli Kərimov, həmçinin xor və balet heyətlərinin üzvləri iştirak edəcəklər.

Qeyd edək ki, tamaşa ilk dəfə 2018-ci il oktyabrın 12-də oynanılıb.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, səhnə tərtibatçısı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.