Azər Qərib "Oralar parti"ni təqdim etdi - Fotolar

Azər Qərib "Oralar parti"ni təqdim etdi - Fotolar
1204 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı, Azərbaycan Turizm Blogerləri Assosiasiyasının İdarə Heyətinin sədri Azər Qəribin "Oralar parti" adlı ilk kitabının təqdimat və imza mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, gecədə A.Qərib kitabı haqqında danışaraq "kitab" və "yazıçı" sözlərinin onun üçün həmişə müqəddəs olduğunu deyib:

"Uşaq vaxtı o qədər kitab oxuyurdum ki, valideynlərim gözlərimin zəifləyəcəyindən narahat olub vaxt məhdudiyyəti qoyurdular. Mən də yorğan altında gizlənib xəlvəti oxuyurdum. Balaca fənərim vardı, hərdən satqınlıq edib işığı məni ifşa edirdi.

Bu, sadəcə başıma gələn və qələmə aldığım yumoristik hadisələrdir, oxuyun, üzünüz gülsün. Kiminsə xoşuna gələcək, kiminsə gəlməyəcək, bu, normaldır, amma hətta bir neçə oxucunun dodaqlarına təbəssüm qonsa, özümü xoşbəxt hiss edərəm".

Qeyd edək ki, Azər Qəribin "Oralar" telelayihəsi artıq 20 yaşındadır.