"20 ildir bu sahədəyəm, niyə fəxri adım yoxdur?"

"20 ildir bu sahədəyəm, niyə fəxri adım yoxdur?"
5154 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ürəyimdə qalıb məni incidənə qədər deyim, sizi incitsin. Aktyorlarımız qədər birliyi olmayan, bir-birini dəstəkləməyən, ümumiyyətlə həmfikir olmayan ikinci bir ölkə sənətçiləri tanımıram. Nə zaman hansısa kanalda aktyorların (çəkiliş, qonorar və s.) problemlərinə toxunan mövzular barədə fikir bildirmişəm, heç bir zaman paylaşıma belə dəstək xarakterli yazı belə yazmayıblar, bəyənməyiblər. Elə bilirsiniz görmürlər? Çox gözəl görürlər. Bütün günü sosial şəbəkələrdə oturub başqa ölkənin bizə aid olmayan məişət  söhbətlərini, cəmiyyətimizin lazımlı ve lazımsız bütün məsələlərini status halına gətirib, lağ-lağı edə bilirlər. Amma... Hə, niyə səslərini çıxarmırlar?".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Zülfiyyə Qurbanova bildirib. Sənətçi illərdir bu sahədə olmasına baxmayaraq fəxri ad və mükafat almamasından gileylənib:

"Qorxurlar ki, hansısa rejissor oxuyar, sonra onları çəkməz. Amma hansı biri ilə rastlaşıramsa, deyirlər ki, çıxışınla razıyam. Heç kəsin görmədiyi yerdə dəstək cümlələri qurmaq üçün ürəyiniz gedir. Ona görə özümə söz vermişəm, bundan sonra nə zaman müzakirə xarakterli verilişdə sənətdə olan çatışmazlıqları dilimə gətirib, müzakirəyə qoşulsam, ancaq özümə toxunan məsələləri işıqlandıracağam. 20 ildir bu sahədəyəm, niyə adım və ya mükafatım yoxdur? Halbuki işlərimlə dünyanı gəzmişəm, hələ layihələrimizin aldığı mükafatları demirəm. Yerli layihələrdə göstərdiyim aktyor işlərindən danışmıram... Havayı, heç bir əziyyət çəkmədən halva kimi boşqabına hazır nələrsə gələn adamlar bilməz nədən danışıram".

Aktrisa daha sonra yazılan şərhlərə "Hazır oturub axmaq-axmaq söhbətlər edirlər. Özlərini küçədən kimsə tutub aktyor, aktrisa edib. Elə bilirlər hər kəs onların günündədir. Xeyr... Mənim kimi əziyyət çəkib öz sahəsinin magistratura pilləsini oxuyanlar da var. Öz istedadının, öz zəhmətinin hesabına" fikrini bildirib.