Məşhur italyan ifaçı Bakıda

Məşhur italyan ifaçı Bakıda
989 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur italyan opera müğənnisi Federico Longhin bir neçə gündür Azərbaycana gəlib.

Axşam.az xəbər verir ki, opera ifaçısı Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının direktoru, Xalq artisti Yusif Eyvazovun təşəbbüsü ilə teatrda ustad dərsləri keçib. Federico teatrda öz təcrübəsini bölüşməklə yanaşı, sənət ocağının solistləri ilə fərdi məşğələlər aparıb.

Nəticə etibarilə teatrın peşəkar kollektivi öz bilik və bacarıqlarını daha da stimullaşdırıb.

Xatırladaq ki, layihə teatrın yaradıcı baxımından kadr potensialının və peşəkarlığın yüksəldilməsinə yönəlib və silsilə şəkildə davam edəcək.