Azərbaycanlı teleaparıcının başıbəlalı hədiyyəsi

Azərbaycanlı teleaparıcının başıbəlalı hədiyyəsi
2396 dəfə oxunub
  • A-
  • A
  • A+

“ATV” telekanalının aparıcısı Samirə Mustafayeva “8 Mart”da maraqlı hədiyyə alıb.

O, Axşam.Az saytına açıqlamasında hədiyyəni ona Londonda yaşayan pərəstişkarının göndərdiyini bildirib:

“Elvin adlı oğlan “Facebook”dakı profilimdən şəkillərimi seçib, muzeyə aparıb və orada mənim üçün belə bir hədiyyə düzəltdirib. Bu, taxta üzərində oymadır. Onu Azərbaycana gətirib çıxarmaq əzab-əziyyətlə oldu. Düz bir ay gömrükdə qaldı. Elə biliblər ki, muzeydən oğurlanıb. Sonda nəhayət ki, hədiyyəmə qovuşdum”.