Ağrınız varsa, bu çayı için

Ağrınız varsa, bu çayı için
4092 dəfə oxunub
  • A-
  • A
  • A+

Qış aylarında nanəli çay içərək həm soyuqdəymənin qarşısını alın, həm də səhhətinizə diqqət yetirin.

Axşam.az-ın Türkiyə mətbuatına isitinadən verdiyi məlumata görə, faydalı bitki kimi gündəlik məişətdə istifadə etdiyimiz nanə həzmi asanlaşdırmaqla yanaşı, mədədə əmələ gələcək yanıqların və köpün qarşısını almağa kömək edir.

Bu bitki baş, qarın və mədədə yaranan ağrıların aradan qalxması və qaytarmanın qarşısını almaq üçün də faydalı vasitə hesab edilir.

Qaraciyərin funksiyasının bərpa olunmasına kömək edən bitki gecələr uzun müddət yata bilməyən şəxslər üçün də faydalıdı.

Sakitləşdirici təsirə malik olan nanəni əsəbləşərkən limonlu çayla birgə qəbul etməyiniz tövsiyə edilir.

Yeməkdən sonra nanə qəbul etmək artıq çəkidən azad olmağınıza da kömək edəcək.

Mütəxəssislər asma xəstələri və öd kisəsində problemi olan şəxslər üçün nanəni ən faydalı vasitə hesab edir.