Abbas aparıcıları tənqid etdi

Abbas aparıcıları tənqid etdi
1488 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Abbas Bağırov efirdən bezib.

Axşam.az xəbər verir ki, müğənni bu haqda "Söz baz" proqramında danışıb. O bildirib ki, aparıcılar verilişdə dəyişiklik etmir:

"İldə bir dəfə müsahibə verməyim bəs edir. Çox olmaz. Gəlin, qonağım olun. Amma sənətdən sual verirlər, nə qədər danışım? Efirə çıxmaqdan bezmişəm. Verilişlərdə eyni dekor, aparıcıların eyni sualı məni yorur. Axı mən hər dəfə gedib eyni mahnını oxumuram. Amma aparıcı eyni dekor qarşısında durur və eyni sualı verir".