Bu marşrutların hərəkət cədvəli dəyişdirildi

Bu marşrutların hərəkət cədvəli dəyişdirildi
1247 dəfə oxunub
  • A-
  • A
  • A+

Biləcəri qəsəbəsi Ə.Qasımov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

 

Axşam.az xəbər verir ki, bu haqda Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Tətbiq edilən məhdudiyyət səbəbindən 83, 91 və 92 nömrəli müntəzəm marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bildirilib ki, məhdudiyyət aradan qaldırıldıqdan sonra avtobusların əvvəlki sxem üzrə fəaliyyəti təmin ediləcək.