Çingiz Aytmatovun Bakıda qoyulacaq abidəsi ilə bağlı müsabiqə elan olundu

Çingiz Aytmatovun Bakıda qoyulacaq abidəsi ilə bağlı müsabiqə elan olundu
706 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyi Türk dünyasının görkəmli nümayəndəsi, Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin eskiz-layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edir.

Axşam.az xəbər verir ki, müsabiqə 15 iyun – 31 iyul 2023-cü il tarixlərində keçiriləcək.

Eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcək.

Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.

Xatırladaq ki, Qırğızıstanın Azərbaycandakı eks-səfiri Kayrat Osmonaliyev 2021-ci ildə verdiyi açıqlamada Ç. Aytmatovun heykəlinin 2022-ci ildə qoyulacağını desə də, bu, baş tutmamışdı.