Ötən gün Bakıda, “Gülüstan” sarayında Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib.
Axşam.az xəbər verir ki, ziyafət zamanı Xalq artisti Azərin “Çırpınırdı Qara dəniz” mahnısını ifa edib.
Azərbaycan və Türkiyə liderləri onun ifasını ayaq üstə alqışlayıblar.