Ayaq tərləməsinin qarşısını alın

Ayaq tərləməsinin qarşısını alın
2540 dəfə oxunub
  • A-
  • A
  • A+

Havalar istiləşdikcə ayaq tərləməsindən əziyyət çəkənlərin də sayı artır. Bu, həm ayaqlardan, həm də ayaqqabıdan pis qoxunun gəlməsinə səbəb olur. 

Axşam.az xəbər verir ki, ayaq tərləməsi göbələyin bir növü olub, getdikcə daha ağırlaşmağa gətirib çıxara bilər. Bunun qarşısını almaq üçün göstərilən məlhəmlərdən istifadə edə bilərsiniz:

Mərcanotu, qoz yarpağı, yulaf samanı və palıd kökündən eyni miqdarda götürüb qarışdırın. Sonra qaynar suya qatıb, dəmə qoyun. Ayağınızı həmin dəmləmə ilə vanna edin. 

Suya marqanes töküb, ayağınızı həmin suda 1 saat saxlayın. Beləcə, ayaq tərləməsindən xilas olacaqsınız.