Qəhvə əvəzinə bunu için

Qəhvə əvəzinə bunu için
2301 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı mütəxəssislər sübut ediblər ki, çox qəhvə içmək orqanizmdə bir çox problemlərə səbəb olur. Bəzən isə qəhvə alışqanlıq yaradır. Bunun isə qarşısını mütləq almaq lazımdır. 

Axşam.az xəbər verir ki, orqanizmin qəhvə alışqanlığını zəncirotu dəmləməsi aradan qaldıracaq. Bu otun dəmləməsini içmək orqanizm üçün çox faydalıdır. O insanı 5 il cavanlaşdırır. Qəhvənin orqanizmə vurduğu ziyanı aradan qaldırır. 

Zəncirotu kökünü yuyub, doğrayıb sobada və ya qazın üstündə qovurun. Sonra onu əzib, toz halına gətirin. Qarışıqdan 2 çay qaşığı götürüb, 1 stəkan qaynar suya töküb, 5 dəqiqə qaynadın. Sonra zövgə görə süd, qaymaq və şəkər əlavə edin. Bu qarışıqdan içmək insana gümrahlıq verir, həzmə kömək edir, mədə xəstəliklərini aradan qaldırır, qan dövranını yaxşılaşdırır, orqanizmi zəhərli maddələrdən təmizləyir.