Hacı Xanməmmədovun xatirəsi anılacaq

Hacı Xanməmmədovun xatirəsi anılacaq
792 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 21-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun 105 illiyinə həsr olunan musiqili gecə təşkil ediləcək.

Axşam.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək gecədə sənətkarın həyat və yaradıcılığından danışılacaq, musiqi mədəniyyəti tarixindəki xidmətləri qeyd olunacaq.

Tədbirdə bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və tanınmış müğənnilərin ifasında Hacı Xanməmmədovun əsərləri səslənəcək.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.