İsti havada düzgün qidalanmağın yolu

İsti havada düzgün qidalanmağın yolu
856 dəfə oxunub
  • A-
  • A
  • A+

İsti havada yeyib-içdiyinizə diqqət etməlisiniz. Təbii tərəvəzlərlə bol olan yayda orqanizminizi vitaminlə tam təmin edə bilərsiniz. 

Axşam.az xəbər verir ki, dietoloqlar yayda qidalanmanız üçün məsləhətlər təqdim edir:

Yayda idman edərkən, bədən daha çox su itirir. idmandan 15 dəqiqə əvvəl 1 stəkan su için. İdmandan sonra mineral su və ya ayran qəbul edin.

Səhər yeməyi yayda daha önəmlidir. Səhər az yağlı pendir, zeytun, yumurta, təzə tərəvəz və meyvə yeyin. Qəhvə əvəzinə süd için. Meyvə şirəsi və ya bitki çayı qəbul edin.

Yayda gündə ən az 5 dəfə meyvə yeyin. Tərəvzli yeməklərə üstünlük verin. Lobya, badımcan zeytun yağı ilə bişirib yeyə bilərsiniz.

Çox yağlı və xəmir yeməkləri bədəndə ağırlığa, baş ağrısına səbəb ola bilər. Yağlı, qızartma yeməklərdən qaçın. Çalışın soyutma, manqalda hazırlanan qidalar yeyin. Soba və ya buxarda da yeməklər hazırlaya bilərsiniz. 

Çalışın kərə yağı əvəzinə zeytun və ya qarğıdalı yağından istifadə edəsiniz.

Şirniyyat yeməməyə çalışın. Xəmirli şirniyyatlar yerinə südlü, meyvəli şirniyyatlar seçin.