Özünüzü mədə qripindən qoruyun

Özünüzü mədə qripindən qoruyun
3202 dəfə oxunub
  • A-
  • A
  • A+

Yayda daha çox qarşılaşdığımız sağlamlıq problemlərindən biri də ishal və bağırsaq infeksiyasıdır. 

Axşam.az xəbər verir ki, mütəxəssislər bu vəziyyətin isti havalarda daha çox müşahidə edildiyini bildirib və buna mədə qripi adını qoyub. Bildirilir ki, yuyulmamış meyvə və tərəvəz yeyilməsi bu hala səbəb olur. Eyni zamanda içdiyiniz suya da diqqət etməlisiniz. Çünki orqanizm mikrobun çoxunu içilən su ilə qəbul edir. 

Mədə qripi olduğunuzun əlamətləri ürəkbulanma, tez-tez ayaqyoluna getmə, başgicəllənmə və iştahsızlıqdır. Əgər özünüzdə bu halı hiss edirsinizsə, çalışın çoxlu su içəsiniz. Özü də ya qaynadılmız, ya da təmiz sudan istifadə edin. Yağlı yeməklər əvəzinə, qaynadılmış tərəvəzlər, qatıq yeməyə üstünlük verin.

Əgər xəstəliyin qarşısını vaxtında almazsanız, daha ciddi problemlər yarada bilər.