Bir gecədə bədəndəki şişkinliyi yox edən içki

Bir gecədə bədəndəki şişkinliyi yox edən içki
3234 dəfə oxunub
  • A-
  • A
  • A+

Havalar isindikcə, insanlar qışda aldıqları çəkini itirməyin yollarını axtarmağa başlayırlar. Bunu isə hər kəs ən qısa vaxtda nail olmağa çalışır. Bəzən artıqçəkili görünməyimizə səbəb bədənə yığılan sudur, yəni şişkinlik. Bunu da aradan qaldırmaq asan deyil.

Axşam.az bədəndəki şişkinliyi aradan qaldıracaq içkiləri təqdim edir:

1 litr suya 1 ədəd darçın çubuğu, 1 ədəd limon, 4 ədəd qərənfil (mixək), 1 ovuc cəfəri, 5 yarpaq təzə nanə atın. İçkini gecədən hazırlayıb səhərə kimi saxlayın. Gün ərzində susuzluq hiss etdikcə için. 

1 stəkan qaynar suya cəfəri atıb, dəmləyib için. Bədəndəki artıq suyu yox edəcək.

Bunu içərkən yediklərinizə də diqqət edin. Çalışın yağlı, xəmir, şirin qidalardan uzaq durun. Pəhriz yeməkləri yeyin, beləcə çəkinizin sürətlə düşdüyünü görəcəksiniz.