Gözləri astiqmatizmdən qoruyun

350 dəfə oxunub
  • A-
  • A
  • A+

Astiqmatizm gözün optik sisteminin qüsurudur. Bu zaman gözün şüasındırma qüvvəsinin fəaliyyəti pozulur. Gözdə iki əsas, bir-birinə perpendikulyar meridian olur. Bunlardan biri güclü, digəri isə zəif şüasındırma qabiliyyətinə malikdir.

Axşam.az xəbər verir ki, astiqmatizm xəstəliyinə son vaxtlar gənclər arasında tez-tez rast gəlinir. Astiqmatiya zamanı gözün görmə qabiliyyəti zəifləməsə də, inkişafı dayanır. Bu zaman xəstə əşyaları aydın görə bilmir. Əgər xəstəliyi vaxtında müalicə etməsəniz bu zaman o, göz çəpliyinə və ya görmə qabiliyyətinin tamamilə itməsinə səbəb ola bilər. 

Xəstəliyin əlamətləri:
Başağrısı
Görmə qabiliyyətində qeyri-müəyyənlik
Gözdə təzyiqin olması
Halsızlıq
Gözdə ağırlıq hiss etmək

Astiqmatizmin əmələ gəlməsinə səbəb:
·    Gözdə aparılan əməliyyatlar
·    Zədələr
·    İrsi faktorlar
·    Buynuz qişanın xəstəlikləri
·    Xəstəliyin son vaxtlar ən çox yayılan səbəbi isə kompüter qarşısında çox oturmaqdır

Müalicəsi:
Astiqmatizmi müalicə etmək o qədər də çətin deyil. Bunun üçün müalicəvi eynəklərdən və linzalardan istifadə etmək lazımdır.