Arı şanından sehrli məlhəm

Arı şanından sehrli məlhəm
1034 dəfə oxunub
  • A-
  • A
  • A+

Arının balı kimi şanı da dərman kimi istifadə edilir. Arı şanı ilə bir çox xəstəliklərə qarşı məlhəm hazırlamaq mümkündür.

Axşam.az bir çox xəstəliklər üçün arı şanından necə istifadə edə biləcəyinizi təqdim edir:

Radikulit əleyhinə: Gecə yatmazdan əvvəl radikulit olan hissəyə arı şanı düz. Səhər onu təmizləyib, həmin yeri bitki yağı ilə sil.

Ateroskleroz: Yemişan toxumundan və arı şanından eyni miqdarda götürüb, 1 stəkan qaynar suya töküb qarışdır. Gündə 3 dəfə bu məlhəmdən 20 damcı iç.

Faringit: Arı şanından bir az götürüb, qliserinlə qarışdır. Bu məlhəmdən gündə bir dəfə udlaq hissəsinə sürt.

Ürək xəstəliklərinə qarşı: 250 qr. sarımsağı sürtgəcdən keçirdib, 250 ml. balla qarışdır. 7 gün qaranlıq yerdə saxladıqdan sonra gündə 3 dəfə 1 xörək qaşığı qəbul et. Bu məlhəm sinir sisteminə təsir edərək, ürəyin fəaliyyətini yaxşılaşdıracaq.