Boyun ağrılarından qurtulmaq istəyirsinizsə, oxuyun

Boyun ağrılarından qurtulmaq istəyirsinizsə, oxuyun
4028 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir çox insan boyun ağrılarından əziyyət çəkir. Gecə düzgün formada yatmamaq, saatlarla telefonla oynamaq və ya iş masasının arxasında əyləşmək, tərlədikdən sonra soyuğa vermək kimi problemlər boyunda ağrıların yaranmasına səbəb olur.

Axşam.az bu ağrıların qarşısını almaq üçün bir neçə üsulu təqdim edir:

İdman

Boyun və bel ağrılarından qurtulmağın ən effektli yolu idmanla məşğul olmaqdır. Bu, onurğada olan gərginliyi azaldaraq ağrıların zamanla azalmasına və tamamilə bitməsinə imkan verəcək. Əgər idmanla məşğul olmağa vaxt ayıra bilmirsinizsə, uzun yürüşlər edin.

Masaj

Müxtəlif masaj tətbiqləri ilə boyun ağrılarını aradan qaldırmaq mümkündür. Ancaq unutmayaq ki, yanlış və bərk edilmiş masajlar ağrının daha da şiddətlənməsi ilə nəticələnə bilər. Bu səbəbdən masaj üçün yalnız peşəkarlara müraciət etməyiniz tövsiyə olunur.

İsti dəsmal

Boyuna buxarla isidilmiş dəsmal qoymaq ağrıları azaldacaqdır.

Bərk döşək

Boyun ağrısından əziyyət çəkənlər bərk yataqda yatmalıdırlar.

İncə yastıq

Yastıq mümkün qədər nazik olmalıdır ki, bütün bədən düz şəkildə uzana bilsin. Mümkün olarsa, yastıqdan ümumiyyətlə istifadə etməmək daha yaxşı olar.

Həmçinin ağrılarınız varsa, aşağıdakıları boyun nahiyənizə tətbiq edə bilərsiniz:

Alma sirkəsi: Alma sirkəsini parça üzərinə tökərək ağrıyan yerdə 5-8 dəqiqə saxlayın.

Nanə yağı: Nanə yağı baş və boyun ağrıları üçün ən yaxşı təbii təravətləndirici yağlardan biridir. Əliniz vasitəsi ilə də ağrıyan bölgəyə tətbiq edə bilərsiniz.

Lavanda yağı: Yağı çiyin və boyun nahiyənizə çəkərək yavaş hərəkətlərlə masaj edin.

Zəncəfil: Zəncəfil də qan axını artıraraq sərt toxumaları yumşaldacaq və ağrıları aradan qaldıracaqdır.