"Avroviziya"nın keçiriləcəyi yer açıqlandı

"Avroviziya"nın keçiriləcəyi yer açıqlandı
1968 dəfə oxunub
  • A-
  • A
  • A+

Sayca 68-cisi keçiriləcək "Avroviziya" mahnı müsabiqəsinin keçiriləcəyi şəhər açıqlanıb.

Axşam.az xəbər verir ki, yarış İsveçin Malmö şəhərində gerçəkləşəcək. Bu haqda  Avropa Yayım Birliyi və İsveç yayımçı kanalı "SVT" birlikdə məlumat yayıb.

Müsabiqəyə Malmödə yerləşən “Malmö Arena” ev sahibliyi edəcək. Arena 15 000 nəfər tamaşaçı tutumuna malikdir. Məkan daha əvvəl 2013-cü ildə də "Avroviziya"ya ev sahibliyi edib.

Müsabiqə 2024-cü il mayın 7, 9, 11 may tarixlərində planlaşdırılıb.

Qeyd edək ki, bu il Ukrayna adından İngiltərədə keçirilən yarışmada İsveç təmsilçisi Loren qalib olub.