Çillərdən bununla xilas olun

Çillərdən bununla xilas olun
1390 dəfə oxunub
  • A-
  • A
  • A+

Yay günəşi üzünüzdəki çillərin çoxalmasına səbəb olur. Buna görə də SPF tərkibli kremlərdən istifadə edib, günəş altında çox gəzməməyə çalışırsınız. 

Axşam.az xəbər verir ki, heç bir qoruma vasitəsi çillərin çıxmasına mane ola bilmir. Amma çilləri ev şəraitində aradan qaldırmaq mümkündür. 

Bunun üçün heyvadan istifadə edin:
·    Heyvanın qabığını soyub, sürtgəcdən keçirib, tənzifdən süz. Şirə ilə üzünü sil. Heyva şirəsi çilləri ağardır.
·    Limon şirəsi, su və 1 çay qaşığı sirkəni qarışdır. Əgər dərin qurudursa qarışığa bir az qliserin qat. Alınan məhlulla üzünü sil. 
·    Üzdəki çilləri soğanla da təmizləmək mümkündür. Bunun üçün soğanı sürtgəcdən keçirib, tənziflə sıxıb suyunu çıxart. Soğan şirəsinə batırılmış pambıqla üzünü sil. Sonra üzə xama çəkib, 10 dəqiqə saxlayıb, isti su ilə yu.