İyulun 19-da Moskvada vəfat edən “Qaya” Dövlət Ansamblının direktoru, Əməkdar artist Rüfət Babayev dəfn olunub.
Axşam.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Mərhum iyulun 21-də Bakı şəhərində Yasamal qəbiristanlığında torpağa tapşrılıb. Dəfn mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.
Qeyd edək ki, R.Babayev 2 oktyabr 1965-ci ildə Bakıda məşhur “Qaya” ansamblının yaradıcılarından olan tanınmış müğənni, Xalq artisti Rauf Babayevin ailəsində dünyaya göz açıb. Musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilən ifaçı Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. 2019-cu ildən “Qaya” ansamblının direktoru idi.