Praqa meri Netrebkonun konsertinin ləğv olunmasını istəyir

Praqa meri Netrebkonun konsertinin ləğv olunmasını istəyir
896 dəfə oxunub
  • A-
  • A
  • A+

Praqa merinin müavini Jiri Pospisil Ukrayna səfirliyinin nümayəndələri ilə Rusiyanın Xalq artisti Anna Netrebkonun oktyabrın 16-da planlaşdırılan konsertinin keçirilməsini müzakirə edib.

Axşam.az xəbər verir ki, bu haqda Rusiya mətbuatı məlumat yayıb. Qeyd edilib ki, onlar təşkilatçıları konserti ləğv etməyə çağırıblar. Buna səbəb isə Anna Netrebkonun adının 2023-cü il yanvarın 7-dən Ukrayna Prezidenti Volodimir Zelenskinin təsdiqlədiyi sanksiya siyahısında yer alması olub.

Konsertin keçiriləcəyi İctimai Evin rəhbərliyi isə hələ qərar verilmədiyini bildirib. Qeyd edilib ki, merin və səfirliyin təklifi tədbirin təxirə salınması demək deyil. Qərarı təşkilatçılar verməlidir. 

Konsert oktyabrda planlaşdırılsa da, biletlərin 80 faizinin artıq satıldığı vurğulanıb. Əgər tədbir ləğv olunarsa, təşkilatçılar və opera ifaçısı təzminat tələb edəcək. 

Qeyd edək ki, bundan əvvəl Netrebkonun Nyu-Yorkdakı Metropoliten-operadakı çıxışı ləğv olunmuş və ona 200 min dollar təzminat ödənmişdi. O, Praqada sonuncu dəfə 2021-ci ilin dekabrında çıxış edib.

Onu da əlavə edək ki, A.Netrebko Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru Yusif Eyvazovun həyat yoldaşıdır.